AZ

Deputat Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

Milli Məclisin deputatı Səbinə Salmanova Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib.

Deputat təbrikində bildirib ki, cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində yaradılmış Müdafiə Sənayesi Nazirliyi ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsində mühüm rol oynayır:

"Milli müdafiə sənayesinin formalaşdırılması və inkişafı dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün və milli təhlükəsizliyimizin etibarlı təminatçılarından biridir. Bu sahədə əldə olunan uğurlar sizin yüksək peşəkarlığınızın, fədakar əməyinizin və dövlətə sədaqətinizin bariz nümunəsidir.

Bu əlamətdar gün münasibətilə başda nazirliyin rəhbərliyi olmaqla, hər birinizi bir daha təbrik edir, Sizlərə möhkəm cansağlığı, məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni nailiyyətlər, ölkəmizin müdafiə gücünün daha da artırılması yolunda davamlı uğurlar arzulayıram.

Peşə bayramınız mübarək!"

Seçilən
111
qht.az

1Mənbələr