AZ

Aqrar Biznes Festivalları çərçivəsində 8 milyon manatdan artıq satış icra olunub - Nazir

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyiilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında kəndtəsərrüfatı prioritet və strateji sahələrdən biri kimi müəyyənedilib. Dövlət başçısının bu sahəyə göstərdiyi ardıcıl diqqət vəqayğı nəticəsində aqrar sektorda genişmiqyaslı islahatlar həyatakeçirilmiş, fermerlərin fəaliyyət imkanları əhəmiyyətli dərəcədəgenişləndirilmiş, regionların dayanıqlı inkişafı üçün möhkəməsaslar formalaşdırılıb.

Trend xəbərverir ki, bunu Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu günBakıda keçirilən Aqrar Biznes Festivallarına həsr olunmuş yekuntədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, son illərdə kənd təsərrüfatında istehsalınsəmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqi,fermerlərin maliyyə və texniki resurslara çıxışınınasanlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır: "Rəqəmsalhəllərin tətbiqi, elektron kənd təsərrüfatı platformasınıngenişləndirilməsi, ekoloji cəhətdən dayanıqlı istehsal modellərinəkeçid dövlət siyasətinin əsas istiqamətlərindəndir.

İqlim dəyişikliklərinin təsirlərinin azaldılması, torpaq və suehtiyatlarından səmərəli istifadə və dəqiq kənd təsərrüfatınıntətbiqi aqrar sektorun rəqabətqabiliyyətliliyini daha daartırır.

Məhz bu strateji hədəflərin regionlarda təşviqi məqsədilə AqrarBiznes Festivalları təşkil olunmuşdur. Cari ildə ölkənin 13iqtisadi rayonunu əhatə edən 28 rayonda 32 festival keçirilmiş, butədbirlərdə 400 mindən artıq fermer və sahibkar iştirak etmiş, 8milyon manatdan artıq satış icra olunmuşdu".

Nazir qeyd edib ki, festivallar çərçivəsində toxum sərgi-satışyarmarkaları, kredit yarmarkaları, panel müzakirələr və təlimlərtəşkil edilib.

Bu festivallar kiçik və orta sahibkarlığın inkişafına, qadınfermerlərin və gənclərin aqrar sahəyə fəal cəlb olunmasına, bilikvə təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verib: "Eynizamanda, məhsul festivalları regionların ixtisaslaşmış kəndtəsərrüfatı məhsullarının tanıdılmasına və brendləşdirilməsinəşərait yaradıb".

Seçilən
81
6
az.trend.az

10Mənbələr