AZ

Tramp Venesueladan gələn tankerlərə blokada tətbiq etdi

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Venesueladan gələn sanksiyalı neft tankerlərinə tam blokada tətbiq etdiyini elan etdi.

Ağ Ev rəhbəri sosial media hesabında etdiyi paylaşımda bildirib ki, Venesuela Prezidenti Nikolas Maduro rejimi "oğurlanmış" neft yataqlarından əldə edilən neftdən şəxsi mənfəət üçün, eləcə də terrorizmi, narkotik qaçaqmalçılığını, insan alverini, qətlləri və adam oğurluğunu maliyyələşdirmək üçün istifadə edir.

Tramp həmçinin ölkə rejimini terrorizm, narkotik qaçaqmalçılığı və insan alveri səbəbindən "xarici terror təşkilatı" kimi təyin edib. Tramp vurğulayıb ki, bu, neft tankerlərinin blokadası qərarının əsasını təşkil edib.

Tramp bildirib ki, Amerika cinayətkarlara, terrorçulara və ya digər ölkələrə millətini soymağa, təhdid etməyə və ya zərər verməyə icazə verməyəcək.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
98
azpolitika.info

1Mənbələr