AzVision.az Ukrayna mediasına istinadən xəbər verir ki, onlayn şəkildə“Veteranlar yeni siyasi mövzu kimi: Müharibədən sonrakı Ukrayna üçün qarşılıqlı fəaliyyət qaydaları” forumunda çıxış edən Valeriy Zalujnı müharibədən sonrakı siyasətdə və Ukraynada veteranların cəmiyyətdəki rolundan danışıb.
Onun fikrincə, Ukraynada iqtisadi vəziyyət pisləşərsə, ordudan tərxis olunmuş keçmiş hərbçilər qeyri-qanuni yolla asan pullar qazanmağa şirniklənəcəklər.
“Təəssüf ki, müharibə hələ bitməyib və artıq kimsə bizi düşmən edib. Bu günün reallığıdır,gördüklərimizdir. İkincisi: sabah nə ola bilər? Başa düşmək lazımdır ki, məsələn, gəlirləri kəskin şəkildə aşağı düşdüyü, işin, mənzilin, özünü reallaşdırmaq, cəmiyyətdə və ailədə özünü dərk etmək imkanının olmadığı şəraitdə döyüş təcrübəsi və əlində silah olan insanlar hər cür təxribatlara, asan pul şirnikləndiricilərinə qarşı həssas olurlar”,- USQ-nin sabiq Baş Komandanı vurğulayıb.
Zalujnı bildirib ki, cinayətin artması və küçə təhlükəsizliyinin artması ilə başlayan ciddi risklər yaranır. İkinci Dünya müharibəsi və Əfqanıstandakı müharibə təcrübəsi bunu təsdiqləyir. Bu baxımdan, o, siyasi sabitliyin pozulmasını və vətəndaş müharibəsi təhlükəsini istisna etmir.
- Müharibənin başa çatması və bir milyona yaxın müdafiəçimizin evlərinə qayıtması perspektivi - təbii ki, buna sahib olanlar - və veteran statusuna keçid həm dövlət, həm də vətəndaş cəmiyyəti üçün yeni problem yaradacaq. Həmçinin əhəmiyyətli dərəcədə veteranların özləri üçün də”,- Ukraynanın Böyük Britaniyadakı səfiri diqqətə çatdırıb.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta