AZ

Azərbaycanda lisenziyalaşdırma və icazə mexanizmləri ilə bağlı normativ-hüquqi aktlarda dəyişiklik edilib

Bakı. Trend:

Azərbaycanda lisenziyalaşdırma və icazə mexanizmləri ilə bağlınormativ-hüquqi aktlarda dəyişiklik edilib.

Trend xəbər verir ki, bununlabağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, yanacaqdoldurma və qaz təchizatı obyektləriilə bağlı yeni lisenziya blanklarının formaları təsdiqlənib. Beləki, bu obyektlərin quraşdırılması və istismarı üçün ümumilisenziya, quraşdırılması üçün xüsusi lisenziya və istismarı üçünxüsusi lisenziya blankları müəyyən edilib.

Bununla yanaşı, qaz sahəsində tətbiq olunan tələblərdəterminoloji dəqiqləşmə aparılıb. Qaz qurğularının tikintisinə,qurulmasına və istismarına dair tələblərdə “təbii qaz təsərrüfatı”anlayışı “qaz təchizatı” anlayışı ilə əvəz olunub.

Qərar lisenziyalaşdırma proseslərinin təkmilləşdirilməsinə,hüquqi mexanizmlərin daha aydın və effektiv tətbiqinə xidmətedir.

Məqalədə:
Seçilən
102
az.trend.az

1Mənbələr