AZ

Bakıda Aqrar Biznes Festivallarına həsr olunan yekun tədbir keçirilir

Bakı.Trend:

Bakıda bu gün Aqrar Biznes Festivallarına həsr olunan yekuntədbir keçirilir.

Trend xəbərverir ki, tədbirdə 2025-ci təsərrüfat ilinə yekun vurulacaq.

Son 3 ildə keçirilmiş 90 Aqrar Biznes Festivalı, 30-dək toxumsərgi satış yarmarkası, kredit yarmarkaları, məhsul festivalları,aqrar sahədə dövlət dəstəyi mexanizmləri, 20-dək ali təhsilmüəssisəsinin tələbələrinin iştirakı ilə süni intellektlayihələrinin icrasını dəstəkləyən Bootcamplarla bağlı hesabatlardinləniləcək, 2026-cı ilin mayında keçiriləcək Caspian AgroBeynəlxalq Azərbaycan Kənd Təsərrüfatı Sərgisinin yeni formatıaçıqlanacaq.

Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, elm və təhsilnaziri Emin Əmrullayev, əmək və əhalinin sosial müdafiəsi naziriAnar Əliyev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan QidaTəhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli, ASAN Xidmətinrəhbəri Ülvi Mehdiyev, Azərbaycan Dövlət Su EhtiyatlarıAgentliyinin rəhbəri Zaur Mikayılov, Milli Məclisin Aqrar siyasətkomitəsinin rəhbəri Tahir Rzayev, Nazirlər Kabinetinin Aqrar vəekologiya şöbəsinin müdiri Lətif Qasımov, Naxçıvan MuxtarRespublikasının kənd təsərrüfatı naziri Rəfail Quliyev,Saghibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasınınprezidenti Məmməd Musayev, Biznesin İnkişafı Fondunun, AzərbaycanBanklar Assoisasiyasının, Dövlət Məşğulluq Agentliyinin, bir sırabankların rəhbərləri iştirak edirlər.

Xəbər yenilənəcək

Seçilən
60
3
az.trend.az

4Mənbələr