Rusiyada 10 yaşlı uşaq atasını müflis edib – 4000 dollarlıq texnikanı qırıb töküb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qiymət artımına görə alınan 50 ədəd SSD yaddaş qurğusu uşağın “testi”nə tab gətirməyib.
Bazarda yaddaş qurğularının bahalaşması fonunda ehtiyat üçün alınan texniki avadanlıqlar ailə büdcəsinə ciddi ziyan vurub.
Ata investisiya məqsədilə 50 ədəd “Samsung PM991a” (512 GB) model SSD alıb.
Lakin onun 10 yaşlı oğlu bu qurğuların dözümlülüyünü yoxlamaq qərarına gəlib. Uşaq bütün SSD-ləri əyərək fiziki cəhətdən yararsız hala salıb.
Nəticədə ataya təxminən 4000 dollar (təqribən 6800 manat) maddi ziyan dəyib.
Xuraman Etibarlı
İnterpress.az