Əməkdar artist Könül Kərimova həmkarlarına mahnıları ilə bağlı qadağa qoyub.
“Yeni Sabah” xəbər verir ki, o, “Gün ortası” verilişində bildirib:
“İcazə almadan mahnılarımı götürüb ifa edirlər. O bir yana, həm də zəif oxuyurlar. Çox cılız görünür. Belə olmasını istəmirəm. Özüm qədər gənclərə dəstək olan ikinci müğənni də tanımıram. Hamısı göz önündədir. Dəstək olduğuma da peşiman deyiləm.
Milli ruhda içimdən gələn bir neçə musiqi yazmışam. Sizin nə ixtiyarınız var ki, o mahnının götürüb, sazı, zurnanı silirsiniz. O cür cılız ifalar məni ağrıdır. Bu, cinayətdir. Mən istedadlı gənclərə heç nəyi qadağan etmirəm. Ürəyim açılır. Lakin ifaları cılızlaşdırmayın. Buna icazə vermirəm”.
Aydan Hacı
Telegram kanalımız