AZ

Bu ərazidə ağac yol nişanının görünüşünə maneə törədir - FOTO

Yol nişanlarının görünməsinə maneə yarada ağaclar həm yol təhlükəsizliyinə, həm də qanun pozuntusuna səbəb olur. Sürücülər Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində sağa dönən zaman ağacın yol nişanının görünüşünə maneə yaratdığını bildiriblər. Onlar döngədə piyada keçid zolağının olduğunu əsas gətirərək təhlükəli vəziyyətin yarandığını qeyd ediblər.

 

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat üzrə ekspert Aslan Əsədovun sözlərinə görə, yollarda hərəkətin təhlükəsizliyi üçün xüsusən payız-qış mövsümündə, yolların görünüş sahəsini məhdudlaşdıran kol, ağac və digər bitkilərin təmizlənməsi labüddür:

Prezidentin

“Çünki burada hərəkət istiqamətinə, ümumiyyətlə, hərəkətin intensivliyinə maneə olacaq tərzdə xüsusiyyətlər görülür. Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində sağa dönən zaman məhdud görünmə şəraiti mövcuddur. Şəhər daxilində ən azı 10-15 metri görmək lazımdır. Bu isə hərəkətin məhdudlaşmasına səbəb olur və digər yol iştirakçıları üçün toqquşma riski yaradır. Nəzərə çatdırım ki, həmin ərazidə də piyada zolağı var”.

 

A.Əsədov qeyd edib ki,  şəhərin küçə və prospektlərində o cümlədən iri rayon, şəhər mərkəzlərində yaşıllıqlar olsa belə, ümumi hərəkət sahəsinə mane olmamalıdır: “Nişanların üzərini örtməməli, məhdud göstərməməlidir. Hərəkət üçün xüsusi maneə yaratmamalıdır. Müəyyən dərəcədə belə halların qarşısı alınmalıdır”.

 

Şəhanə Quliyeva

Fotoları təqdim edirik
Tarix: 17 Dekabr 2025, 10:30   
Seçilən
116
pravda.az

1Mənbələr