AZ

Tramp elan etdi: "Venesuela mühasirəyə alınıb”

“Cənubi Amerika tarixində ən böyük donanma Venesuelanı tamamilə mühasirəyə alıb”.

“Cebheinfo.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb:

“Bu gün mən Venesuelaya gedən və Venesueladan gələn bütün sanksiyalı neft tankerlərinin tamamilə blokadaya alınmasını əmr edirəm. Amerika cinayətkarlara, terrorçulara və ya digər ölkələrə ölkəmizi soymağa, təhdid etməyə və ya zərər verməyə icazə verməyəcək. Həmçinin düşmən rejimin neftimizi, torpağımızı və ya digər aktivlərimizi ələ keçirməsinə icazə verməyəcəyik və bu aktivlər dərhal ABŞ-yə qaytarılmalıdır".

Bununla belə, Tramp hansı torpaqları tələb etdiyini açıqlamayıb.  

Qeyd edək ki, ABŞ və Venesuela arasında ərazi mübahisəsi yoxdur. İki ölkə arasında 550 kilometrlik dəniz sərhədi 1980-ci ildə müəyyən edilib və hər iki tərəfdən ratifikasiya olunub.

Xəzər

"Cebheinfo.az"

Seçilən
110
cebheinfo.az

1Mənbələr