AZ

Röya və Elçindən sürpriz duet Yeni mahnı gündəm oldu

ain.az, Gununsesi saytına istinadən bildirir.

Elçin Cəfərov və Xalq artisti Röya Ayxan yeni layihə təqdim etməyə hazırlaşır.

Gununsesi.info xəbər verir ki, Elçinin bir müddətdir üzərində çalışdığı yeni mahnısının Xalq artisti Röya Ayxan ilə duet şəklində hazırlandığı məlum olub.

Layihə ilə bağlı detallı məlumat verilməsə də, mahnı yaxın vaxtlarda kliplə birlikdə dinləyicilərə təqdim olunacaq.

Elçin Cəfərov ilə Xalq artisti Röyanın bu layihədə bir araya gəlməsi pərəstişkarları həyəcanlandırıb. Yeni duet musiqisevərlər tərəfindən maraqla gözlənilir.

Qeyd edək ki, mahnı daha yayımlanmadan sosial mediada viral olub.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
130
icma.az

1Mənbələr