ain.az bildirir, 525.az portalına istinadən.
Azərbaycan Yaponiyanın paytaxtı Tokioda Təbii Fəlakətlər Zamanı Risklərin Azaldılması üzrə Asiya Konfransında (ACDR2025) iştirak edir.
525.az-ın məlumatına görə, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin "X" səhifəsində paylaşım edilib.
"Tokioda 2025-ci il dekabrın 17-də rəsmi olaraq Təbii Fəlakətlər Zamanı Risklərin Azaldılması üzrə Asiya Konfransı işə başlayıb. Azərbaycan nümayəndə heyətinə Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov rəhbərlik edir", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, Tokioda 17-19 dekabr tarixlərində ACDR2025 konfransı keçiriləcək. Konfransın mövzusu "Dayanıqlığın birgə yaradılması: meqa-fəlakətlərə hazır dayanıqlı cəmiyyətə doğru"dur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.