AZ

“Uber” şirkətlər qrupuna qoşulmuş taksi parkının işçisi müştəriyə qarşı dələduzluq etdi - MƏHKƏMƏ

Xətai Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Vüqar Əkbərzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 1 il 10 ay 6 gün müddətinə azadlıqdan məhrum edilib.


İş materiallarına əsasən, Vüqar Əkbərzadə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmək məqsədilə tanışı olan zərərçəkmiş İkram Bayramovun (soyadı şərtidir) etibarından sui-istifadə edib. O, zərərçəkmiş şəxsə Çin Xalq Respublikasından “Changan Q05” markalı avtomobilin gətirilməsində köməklik göstərəcəyinə dair yalan vəd verərək onu aldadıb.


Müəyyən edilib ki, təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı, əldə edəcəyi pul vəsaitini geri qaytarmaq məqsədi güdmədiyi halda, guya ilkin ödəniş edilməsi bəhanəsi ilə İkramdan pul vəsaiti alıb. Belə ki, 05 sentyabr 2024-cü il tarixdə Xətai rayonu ərazisində yerləşən “Uber” şirkətlər qrupuna qoşulmuş “NN” taksi parkının ofisi qarşısında 10 000 manat, 10 sentyabr 2024-cü il tarixdə isə günorta saatlarında Neyrocərrahiyyə Xəstəxanasının qarşısında 3 000 manat olmaqla, ümumilikdə 13 000 manat nağd pul vəsaiti alınıb.


İstintaqla müəyyən edilib ki, vahid niyyətlə ələ keçirilmiş bu məbləğ nəticəsində zərərçəkmiş şəxsə 13 000 manat xeyli miqdarda maddi ziyan vurulub.


Qeyd olunan əməllərlə bağlı Vüqar Əkbərzadə Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə nəzərdə tutulmuş dələduzluq cinayətini törətməkdə ittiham olunur.


Məhkəmə istintaqı zamanı Vüqar Əkbərzadə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində deyib ki, 2024-cü ilin aprel ayında “NN” adlı taksi parkında texniki şöbənin işçisi kimi avtomobillərə nəzarət edib.
 

 

Kamal Məmmədov 

Tarix: 17 Dekabr 2025, 09:49   
Seçilən
114
pravda.az

1Mənbələr