AZ

Vatsapa yeni funksiyalar əlavə edildi

Vatsap mesencerinə bir sıra yeni funksiyalar əlavə edilib.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yeniliklər buraxılmış zənglər üçün səsli və videomesaj buraxmaq imkanı, qrup zənglərində emoji reaksiyaları, “Status” bölməsi üçün interaktiv stikerlər və süni intellekt alətlərinin yenilənməsini əhatə edir.

İstifadəçi zəngə cavab vermədikdə zəng edən şəxs birbaşa çat vasitəsilə qısa səsli və ya videomesaj göndərə biləcək.

Qrup səsli zənglərində emoji reaksiyaları danışanın nitqini kəsmədən münasibət bildirməyə imkan verir, videozənglərdə isə aktiv danışan avtomatik ön plana çıxarılır.

Seçilən
14
8
publika.az

2Mənbələr