Lent az saytından alınan məlumata görə, ain.az bildirir.
Türkiyədə polis əməkdaşı barda qətl törədib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursanın Osmanqazi qəsəbəsindəki əyləncə məkanında qeydə alınıb.
Polis məmuru olan M.S. ilə Berk Keleş arasında mübahisə düşüb. Mübahisə zamanı polis üzərindəki tapança ilə Keleşi başından vurub. Xəstəxanaya yerləşdirilən Berk Keleşi xilas etmək mümkün olmayıb. Barda olan Ö.Y. isə ayağından güllə yarası alıb.
Hadisə ilə bağlı M.S. saxlanılıb və faktla bağlı cinayət işi açılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.