AZ

"Mercedes-Benz" Dubayda lüks yaşayış kompleksi inşa edəcək

Dubayda yerləşən "Binghatti" və "Mercedes-Benz" şirkətləri lüks yaşayış kompleksi olan "Mercedes-Benz Places" konsepsiyasını təqdim ediblər.

Avtosfer.az xəbər verir ki, bu barədə alman şirkətinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, 930 000 kvadrat metrlik əraziyə malik yaşayış kompleksi öz infrastrukturuna malik "şəhər içində şəhər" olacaq. Burada ticarət obyektləri ilə yanaşı, idman və əyləncə zonaları, restoranlar, parklar və ictimai məkanlar yer alacaq.

Layihənin dəyəri 8.2 milyard dollardır və tikinti işlərinə 14 yanvar 2026-cı ildə başlamaq planlaşdırılır.

Seçilən
118
4
avtosfer.az

5Mənbələr