AZ

Arktika əriyir

Bu barədə ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının yaydığı hesabatda bildirilir. Alimlərin fikrincə, hava və okean sularının temperaturunun artması buzlaqların sürətlə əriməsinə səbəb olur ki, bu da Arktika mənzərəsində ciddi dəyişikliklər yaradır.

Buzlaqların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə gətirib çıxarır və nəticədə sürüşmə və sunami riskləri artır.

Bundan əlavə, buzlaqlardan ayrılan dəmir və digər kimyəvi elementlər Arktika sularına daxil olaraq ətraf mühitin çirklənməsinə səbəb olur. Bu proses Çukçi və Berinq dənizlərində yaşayan bəzi fauna növləri üçün təhlükə yarada bilər.


AzVision.az
Seçilən
112
azvision.az

1Mənbələr