AZ

Daimi stres dişlərə zərər verir

Yazını böyüt
Yazını kiçilt

"Daimi stres diş ətinin sağlamlığına ciddi zərər verir. Bu da gingivit və periodontit kimi diş əti xəstəliklərinə səbəb ola bilər".

Hafta.az xəbər verir ki, bu barədə tanınmış rusiyalı həkim Dmitri Şavrov Gazeta.ru-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, əsəb bədənin diş ətlərinə mənfi təsir göstərən kortizol hormonu istehsal etməsinə səbəb olur. Bu, immunitet sistemini zəiflədir, bakteriyaların yayılmasını asanlaşdırır, eləcə də kollagen istehsalını azaldır və toxumaları daha həssas edir.

Bundan əlavə, kortizol iltihabı artırır və qan damarlarını sıxır. Bu, diş ətlərinə oksigen və qida maddələrinin tədarükünü azaldır və onların sağalma prosesini ləngidir.

Ekspert vurğulayıb ki, xroniki stres diş əti problemlərini daha da ağırlaşdırır. Buna görə də, emosional vəziyyətii idarə etmək ağız sağlamlığı üçün vacibdir.

Seçilən
114
hafta.az

1Mənbələr