AZ

Elektron Məhkəmə Portalı yenə çöküb VƏKİLLƏR ÇIXILMAZ DURUMDA

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Dünən axşam saatlarından etibarən Azərbaycanda Vahid Məhkəmə Portalına giriş məhdudlaşıb.

Bu barədə Gununsesi.info-ya məlumat verən vəkillər bildirib ki, cəhdlərinə baxmayaraq elektron məhkəmə siteminə daxil olmaq mümkün deyil.

Vəkillər bildirib ki, bu, birinci belə problem deyil.

Qeyd edək ki, Azərbaycanın yurisdiksiyasına daxil olan bütün məhkəmələr, hakimlər və məhkəmə qaydasında baxılan işlər barədə məlumatların “Elektron məhkəmə” informasiya sistemində toplanılması təşkil edilib.

Sistem vasitəsilə ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulu, mülki, inzibati, kommersiya mübahisələrinə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılması və sənədlərin elektron dövriyyəsi,sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik “şəxsi kabineti”in yaradılması, habelə məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron poçt, SMS məlumatlandırma və s.) çatdırılması nəzərdə tutulur.

Məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasının mövqeyini öyrənməyə çalışacağıq.

Firuzə Mahmudova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
101
icma.az

1Mənbələr