Almatıdan Astanaya uçan sərnişin təyyarəsi göyərtəsindəki tüstü səbəbindən qalxdığı hava limanına geri qayıtmaq məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə yerli vaxtla səhər saat 7:40-da (Bakı vaxtı ilə səhər saat 6:40) "Air Astana" şirkətinə məxsus "Airbus A321N" təyyarəsində baş verib. İlkin məlumatlara görə, sərnişinlər və heyət üzvləri arasında xəsarət alan olmayıb.
"Təhlükəsizliyi təmin etmək üçün Almatı hava limanının yanğınsöndürmə və xilasetmə xidməti səfərbər edilib", - deyə açıqlamada bildirilir.