AZ

Əliyar Ağayev liderliyi ələ aldı - STATİSTİKA

Misli Premyer Liqasında 15 tur geridə qalıb. Keçirilən 88 oyunda ("Sabah" - "Qarabağ" və "Qəbələ" - "Turan Tovuz" görüşləri təxirə salınıb) 14 baş hakim iş başında olub. 

Fanat.Az-ın hesablamasına görə, son turda Əliyar Ağayev, Rəvan Həmzəzadə, Rauf Cabarov, Rəşad Əhmədov, Kamranbəy Rəhimov və İnqilab Məmmədov oyun idarə edib. Beləliklə, Əliyar Ağayev yenidən liderliyi ələ alıb. Fərid Hacıyevlə Cavid Cəlilovun bu turda "istirahət" etməsi 9-cu təyinatını alan Əliyar Ağayevi vahid lider edib. Əvəzində 15 turda 8 təyinat alan hakimlərin sayı 4-ə çatıb. Fərid Hacıyev və Cavid Cəlilova Rəvan Həmzəzadə ilə Rauf Cabarov da qoşulub. Başqa sözlə, liderin 4 izləyicisi var. 

On beş turda Nicat İsmayıllı hamıdan az - cəmi 2 dəfə iş başında olub.

On beşinci turda hakimlər cəmi 34 vərəqədən istifadə ediblər ki, bunun birinin rəngi qırmızı olub. Bu mövsüm ilk dəfə hansısa futbolçunu meydandan qovan Rəvan Həmzəzadə "Qəbələ"ni azlıqda qoyub. 
Hakimlər 34 vərəqədən 10-nu meydan sahiblərinin, 24-nü (1-i qırmızı) qonaq komandanın oyunçularına göstəriblər.

Beləliklə, 15 turun yekununda bu rəqəmlər müvafiq olaraq "353" və "11" olub. Nəticədə ümumi vərəqə sayı 364-ə çatıb. Bu da hər oyuna orta hesabla 4,13 vərəqə deməkdir. 

On beş tur ərzində FİFA referisi Əliyar Ağayev o birilərdən çox əlini cibinə atıb. O, 51 vərəqədən istifadə edib ki, bunun 4-nün rəngi qırmızı olub. Onu 1-i qırmızı olmaqla, 33 vərəqədən yararlanan Rəvan Həmzəzadə təqib edir. 

Əliyar Ağayev - 9 oyun

meydan sahibi    19 sarı   3 qırmızı
qonaqlar              28        1
cəmi:                   47         4

Rəvan Həmzəzadə - 8 oyun

meydan sahibi    16    0
qonaqlar    16    1
cəmi:    32    1

Rauf Cabarov -  8 oyun

meydan sahibi    13    0
qonaqlar    16   1
cəmi    29    1

Fərid Hacıyev - 8 oyun

meydan sahibi   20   1 
qonaqlar             9    0
cəmi:                  29   1

Cavid Cəlilov - 8 oyun

meydan sahibi    12      0
qonaqlar             17    0
cəmi:                   29    0

Rəşad Əhmədov - 7 oyun

meydan sahibi    12    0
qonaqlar    23    0
cəmi:   35    0

Tural Qurbanov - 7 oyun

meydan sahibi 14    1
qonaqlar    17    0
cəmi:    31    1

Elçin Məsiyev - 7 oyun

meydan sahibi    14    0
qonaqlar             15    0
cəmi:                   29   0

Kamal Umudlu - 6 oyun

meydan sahibi    14    3
qonaqlar    13    0
cəmi:    27   3

İnqilab Məmmədov -  6 oyun

meydan sahibi  9   0
qonaqlar    16    0
cəmi:    25    0

Kamranbəy Rəhimov - 6 oyun

meydan sahibi  7    0
qonaqlar    14    0
cəmi:   21    0

Elvin Bayramov - 3 oyun

meydan sahibi  9    0
qonaqlar    4    0
cəmi:    13    0

Əli Əliyev - 3 oyun

meydan sahibi  5    0
qonaqlar    6    0
cəmi:   11    0

Nicat İsmayıllı - 2 oyun

meydan sahibi  4    0
qonaqlar    6    0
cəmi:    10    0

Mirağa

Seçilən
90
fanat.az

1Mənbələr