BAKI, 17 dekabr. TELEQRAF
"Füzulidən çıxanda övladımı qucağımda gətirmişdim. Bu gün övladımla, onun ailəsi ilə birgə qayıdıram".
Teleqraf xəbər verir ki, bu sözləri Xocavənddin Qırmızı Bazar qəsəbəsinə qayıdan məcburi köçkün Nabat İsgəndərova deyib.
"Ürəyimdə böyük sevinclə qayıdıram. İllərdir ki, bu günü gözləyirdik. Çox şükürlər olsun ki, arzumuz reallaşır. Buna görə İlham Əliyevə, qazilərimizə sonsuz minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin", - İsgəndərova bildirib.