BAKI, 17 dekabr. TELEQRAF
İstanbulun Çekmeköy rayonunda 7 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, bu barədə "TRTHaber" məlumat yayıb.
Qəza Şile avtomagistralının Taşdelen tunelinin girişində, Şile istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin toqquşması nəticəsində qeydə alınıb.
Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb olunub. Qəza nəticəsində yaralanan 7 nəfər ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.
Tunel təxminən yarım saat nəqliyyatın hərəkəti üçün bağlanıb, avtomobillər ərazidən götürüldükdən sonra yol yenidən açılıb.