ABŞ-ın vitse-prezidenti Cey Di Vens ABŞ Prezidenti Donald Trampın ona və dövlət katibi Marko Rubiyoya yeni ayaqqabı sifariş etməsi barədə danışıb.
Publika.az xəbər verir ki, çıxışın videosu "CRUXun" "YouTube" kanalında yayımlanıb.
Vitse-prezident bildirib ki, bu hadisə bir həftə əvvəl Oval kabinetdə baş verib. Tramp Vens və Rubiyonun geyindiyi ayaqqabılara diqqət yetirib və sonda onları mənfi qiymətləndirib. ABŞ prezidentinin fikrincə, “daha vacib bir şey var - ayaqqabı”.
Vensin sözlərinə görə, bundan sonra Tramp onun və Rubiyonun hər biri üçün dörd cüt ayaqqabı sifariş edib.