AZ

“Neftçi” ilə qarşılaşmaya start heyətində çıxdı, 100 matçda 10 qola imza atdı

“Sumqayıt”ın hücumçusu Rüstəm Əhmədzadə Premyer Liqada 100-cü oyununu keçirib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, onun yubileyi Premyer Liqanın 15-ci turuna təsadüf edib.

25 yaşlı futbolçu “Neftçi” ilə qarşılaşmaya (2:2) start heyətində çıxıb.

O, 100 matçda 10 qola imza atıb. Debütü 2021/22 mövsümünə təsadüf edən Əhmədzadə üç klubun formasını geyinib. O, “Zirə”də 80 (6 qol), “Sumqayıt”da 14 (4 qol), “Qarabağ”da 6 dəfə şans qazanıb.

Rüstəm turnirin tarixində 100 və daha çox oyun keçirən 450-ci futbolçu olub.

Seçilən
131
sportinfo.az

1Mənbələr