AZ

"Turan Tovuz" rəhbərliyi Kurban Berdiyevlə bağlı qərarını qətiləşdirdi

Misli Premyer Liqasının 16-cı turunda Yevlaxda "Kəpəz"lə qarşılaşacaq "Turan Tovuz"un rəhbərliyi qərb derbisindən öncə komandanın baş məşqçisi Kurban Berdiyevlə bağlı qərarını qətiləşdirib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, əzəli rəqiblə oyunun nəticəsindən asılı olmayaraq, Kurban Bekiyeviç istefaya göndərilməyəcək.

Rəhbərlik təcrübəli mütəxəssislə ən azı cari mövsümün sonuna qədər əməkdaşlığı davam etdirmək variantını uyğun sayır. Berdiyev "Turan"ı avrokuboklara daşıyacağı təqdirdə, onunla müqavilə yenilənə də bilər.

Qeyd edək ki, "Turan Tovuz" hazırda 24 xalla 5-ci pillədə mövqe tutub. Tovuz təmsilçisini 2-ci sıradakı "Sabah"dan 6, hərəyə 27 xalla 3-4-cü yerləri bölüşən "Sumqayıt" və "Zirə"dən isə 3 xal ayırır. Berdiyevin komandasının ehtiyatda 1 oyunu da var.

Nihat

Seçilən
90
1
fanat.az

2Mənbələr