AZ

Gürcüstanın valyuta ehtiyatlarının 6 milyard ABŞ dollarını keçəcəyi gözlənilir

Bakı. Trend:

Gürcüstanın valyuta ehtiyatlarının tarixdə ilk dəfə 6 milyardABŞ dollarını keçəcəyi gözlənilir.

Trend xəbər verir ki, busözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuataaçıqlamasında deyib.

Onun sözlərinə görə, iqtisadi artım büdcəni artırmaq imkanıverir.

"Bu ili görünməmiş iqtisadi nəticələrlə başa vururuq. Təbii ki,bu artım birbaşa büdcə artımında öz əksini tapdı və bu, bizə bütünsahələrdə maliyyələşdirməni artırmaq imkanı verdi. Əsasprioritetlərdən biri yenə də sosial sahə olacaq və büdcənin üçdəbirindən çoxu səhiyyə xərcləri, pensiyalar, sosial müavinətlər vəs. daxil olmaqla sosial ödənişlərə xərclənəcək", - deyə Baş nazirvurğulayıb.

Onun sözlərinə görə, infrastruktur sektorunda ciddimaliyyələşdirmə olacaq, büdcəyə daxil olan ümumi kapital xərcləritəxminən 8,2 milyard lari olacaq və bu, iqtisadiyyata əlavə stimulverəcək.

Seçilən
110
2
az.trend.az

3Mənbələr