AZ

Gürcüstanın Baş naziri: Region ölkələri ilə münasibətlərin inkişafı bizim üçün xüsusi əhəmiyyət kəsb edir

Tbilisi, 17 dekabr, AZƏRTAC

Region ölkələri olan Azərbaycan, Ermənistan və Türkiyə ilə münasibətlərin inkişafını dərinləşdirmək bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Tranzit sahəsi də daxil olmaqla, Mərkəzi Asiya ölkələri ilə münasibətlərin dərinləşdirilməsi mühüm əhəmiyyətə malikdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Birinci Kanala verdiyi müsahibədə bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, əlaqə və tranzit imkanlarının inkişaf etdirilməsi vacibdir.

O deyib: "Bütün Orta Asiya ölkələri, Azərbaycan, Türkiyə və Ermənistanla əməkdaşlıq etmədən uğurla həyata keçirmək mümkün deyil və bu baxımdan Türkmənistana səfərim çox böyük əhəmiyyət kəsb etdi. Bu format məhz bu baxımdan çox vacibdir. Çünki regionun bütün ölkələri ilə siyasi və iqtisadi baxımdan sıx əməkdaşlıq etmək imkanı bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Biz bütün istiqamətlərdə, istər Türkmənistan qazının tranziti, istərsə də Qazaxıstan, Özbəkistan və s. ilə ticarət-iqtisadi əlaqələrdən danışdıq. Bütün istiqamətlərdə, o cümlədən müvafiq departamentlərin nümayəndələri ilə fəal şəkildə işləyirik”, - deyə İrakli Kobaxidze bildirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
144
2
azertag.az

3Mənbələr