AZ

''Qalatasaray'' Avropada ikincidi

Okan Burukun dönəmində Türkiyə daxilindəki turnirlərdə əla nəticələrlə fanatlarını sevindirən ''Qalatasaray'' daha bir uğurlu təqvim ilini geridə qoymaq üzrədi.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhəngi 2025-ci ildə Türkiyə çempionatında 36 oyun keçirib. Komanda bu oyunlardan 28 qələbə, 6 heç-heçə, 2 məğlubiyyətlə ayrılaraq 90 xal toplayıb. Eləcə də 80 qol vurub və qapısından 24 top buraxıb.

Avropanın ən güclü 10 çempionatına nəzər salsaq, görərik ki, ''Qalatasaray'' 2025-ci ildə daxili çempionatda həm toplanılan ümumi xal (90), həm də orta hesabla hər oyuna toplanılan xal (2,5) baxımından ikinci pillədədi. ''Sarı-qırmızılar'' yalnız ''Barselona''dan geri qalır. Kataloniya nəhəngi təqvim ilində La Liqada at oyadaraq 36 oyuna 93 xal toplayıb ki, bu da orta hesabla hər oyuna 2,58 xal deməkdi.

Oyun sayı fərqli olduğundan orta hesabla toplanılan xallara əsasən yaradılan sıralamada ilk ''5-lik''də Türkiyədən daha bir klub - ''Fənərbaxça''nın da yer alması diqqət çəkir. ''Fənər'' 84 xal və orta hesabla hər oyuna 2,33 xal göstəriciləri ilə 5-ci pillədə qərarlaşıb. 3-cü pillədə ''Sportinq'' (77 xal, hər oyuna 2,4 xal), 4-cü pillədə PSJ (80 xal, hər oyuna 2,34 xal) özünə yer edib.

Seçilən
182
1
football-plus.az

2Mənbələr