Bakı. Trend:
Azərbaycan Gürcüstan üçün önəmli və xüsusi dost ölkədir. İkidövlətin hökumətləri arasında çox yaxın və istisna xarakterlidostluq münasibətləri mövcuddur.
Trend xəbər verir ki, bunuGürcüstanın Baş naziri İrakli Kobaxidze İctimai Televiziyayamüsahibəsində deyib.
O bildirib ki, Türkmənistanda Azərbaycanın Baş naziri ƏliƏsədovla olduqca səmimi görüş keçirib: “Ümumən, Azərbaycan bizimxüsusi tərəfdaşımızdır və hökumətlər arasında möhkəm dostluqəlaqələri var. Buna görə də istənilən məsələdə ortaq mövqeyə gəlməkbizim üçün problem yaratmayacaq”, – deyə Baş nazir vurğulayıb.
Kobaxidze qeyd edib ki, aparılan danışıqların əsas mövzusuAzərbaycandan Gürcüstan ərazisi vasitəsilə həyata keçiriləndaşımalarla bağlı yekun razılaşmanın əldə olunmasıdır.
Baş nazirin sözlərinə görə, həm Azərbaycanın, həm dəErmənistanın maraqları Gürcüstan üçün önəmlidir: “Bizim də özmaraqlarımız mövcuddur və əminəm ki, danışıqların nəticəsində hərüç ölkənin maraqlarına cavab verən ən optimal həll yolunu tapmaqmümkün olacaq.”