AZ

Rusiyaya səfər edənlərin diqqətinə: Proqrama giriş tamamilə məhdudlaşdırılacaq

Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsinin sədr müavini Andrey Svintsov “YouTube” platformasının Rusiyada 6–12 ay ərzində tamamilə fəaliyyətini dayandıra biləcəyini bildirib.

KONKRET.az globalinfo.az-a istinadən xəbər veriur ki, o, bu barədə Abzats nəşrinə açıqlamasında məlumat verib. Deputatın sözlərinə görə, bu qərar video hostinq xidmətinin Rusiya qanunvericiliyinin tələblərinə sistemli şəkildə əməl etməməsi ilə bağlıdır.

Svintsov qeyd edib ki, hazırda “YouTube”da fəaliyyət göstərən bloqçular məzmunlarını alternativ platformalara köçürməlidirlər.

O əlavə edib ki, Rusiya media məhsulları əsasən yerli rəqəmsal platformalarda təbliğ olunmalı və inkişaf etdirilməlidir.

Xatırladaq ki, bu ilin iyun ayında Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Sergey Boyarski “YouTube”un Rusiyada bloklanmasının planlaşdırılmadığını açıqlamışdı.

Seçilən
94
konkret.az

1Mənbələr