AZ

Google, süni intellektdən istifadə edərək xəbər lentlərini fərdiləşdirəcək bir xüsusiyyəti sınaqdan keçirir

Google, mobil Chrome-un əsas axtarış səhifəsində Google Discover lentinin yeni “Lentinizi uyğunlaşdırın” adlı sınaq funksiyasını təqdim edib.

QHT.az xəbər verir ki, bu xüsusiyyət istifadəçilərə mətn sorğuları vasitəsilə hansı mövzuları və mənbələri daha çox və ya ümumiyyətlə görmək istəmədiklərini seçməyə imkan verir (məsələn, siyasi xəbərləri tam gizlətmək). Sorğular Gemini süni intellekti tərəfindən emal olunur və lent buna uyğun tənzimlənir.

Funksiya hazırda yalnız ABŞ-da bəzi istifadəçilər üçün və ingilis dilində əlçatandır.

Seçilən
150
qht.az

1Mənbələr