AZ

Enrike və Dembele dünya futbolunun zirvəsində

Fransanın PSJ klubunun hücumçusu Usman Dembele FIFA tərəfindən 2025-ci ilin ən yaxşı futbolçusu adına layiq görülüb. Onun bu möhtəşəm uğuru, komandanın baş məşqçisi Luis Enrikenin də eyni təşkilat tərəfindən ən yaxşı məşqçi seçilməsi ilə tamamlanıb.

Fanat.Az xəbər verir ki,xəbər verir ki, mükafatlandırma mərasimi Qətərin paytaxtı Dohada keçirilib.

Paris təmsilçisi Luis Enrikenin rəhbərliyi altında 2024/2025 mövsümündə bir sıra nailiyyətlərə imza atıb:

  • Fransa Liqa 1 çempionluğu

  • Fransa Kuboku çempionluğu

  • Super Kubok çempionluğu

  • UEFA Çempionlar Liqası qalibi

Bu dördlük klubun tarixində ən uğurlu mövsümlərdən biri kimi qeydə alınıb.

Usman Dembele ötən mövsüm PSJ-nin əsas qol silahı idi. O, komanda yoldaşlarına 16 məhsuldar ötürmə edib və Liqa 1-də 25 qolla bombardir olub.

Kamil Xudiyev

Seçilən
89
fanat.az

1Mənbələr