Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin həlli artıq “yoldadır”.
Editor.az xəbər verir ki, bunu Ryabkov ABC News-a verdiyi müsahibədə deyib: “Mən çox əminəm, demək olar ki, əminəm ki, bu dəhşətli böhranı həll etmək astanasındayıq”. Diplomat həmçinin izah edib ki, hadisələr “səhv istiqamətdə” irəlilədiyi üçün Ukraynada “xüsusi əməliyyat” qaçılmaz olub.
Xarici işlər nazirinin müavini yekunlaşdırıb ki, indiki məqamda Rusiya razılaşmaya hazırdır.
//Samir Qurbanov, Editor.az