AZ

"Ayaks" "Arsenal"ın keçmiş müdafiəçisi ilə müqavilə imzaladı

“Ayaks” klubu “Arsenal”ın sabiq müdafiəçisi Takehiro Tomiyasunu transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yaponiyalı futbolçu ilə müqavilə mövsümün sonuna qədərdir.

Tomiyasu 2022-ci ilin yayından “Arsenal”da çıxış edib, əvvəlki klubu isə “Boloniya” olub. Son mövsüm ciddi diz zədəsi səbəbindən oyunlarda iştirak edə bilməyib. 2025-ci ilin yayında yaponiyalı futbolçu sərbəst agent olub və “kanonirlər”dən ayrılıb.

“Ayaks” bu mövsüm Çempionlar Liqasında cəmi 3 xalla aşağı pillələrdə yer alır. Niderland çempionatında isə 29 xalla 3-cü yerdə qərarlaşıb və liderdən 14 xal geri qalır.

Seçilən
177
90deqiqe.az

1Mənbələr