BBC özünü Trampın 10 milyard dollarlıq böhtan iddiasına qarşı müdafiə edəcək
Britaniyanın ictimai yayım şirkəti BBC, ABŞ prezidenti Donald Trampın 2021-ci il Konqresdəki çıxışını sənədli filmdə kontekstdən kənar istifadə etdiyini iddia edən 10 milyard dollarlıq iddiaya qarşı özünü müdafiə edəcəyini açıqladı.BBC sözçüsü Trampın BBC-yə qarşı qaldırdığı məhkəmə iddiasına münasibət bildirərək, onun çıxışını redaktə etdiyini iddia edib.
Sözçü bildirib ki, "Əvvəllər də açıq şəkildə bildirdiyimiz kimi, bu işdə mövqeyimizi müdafiə edəcəyik. Davam edən hüquqi proses barədə əlavə şərh verməyəcəyik."
Trampın müxtəlif çıxışlardakı açıqlamaları sanki eyni çıxış kimi birlikdə redaktə edilib.
BBC News Panorama proqramında 28 oktyabr 2024-cü ildə nümayiş olunan "Tramp: İkinci Şans?" adlı sənədli filmdə Trampın 2021-ci il Konqresin işğalından əvvəl etdiyi iki fərqli çıxış yer alıb.
ABŞ prezident seçkilərindən bir həftə əvvəl yayımlanan sənədli filmdə BBC-nin bu iki fərqli çıxışı birləşdirib tək bir çıxış kimi yayımladığı məlum olub. Redaktə nəticəsində Trampın tərəfdarlarına "Konqresə yürüş edin və mübarizə aparın" mesajı verdiyi qənaəti yaranıb.
Orijinal çıxışdakı dinc etirazlara çağıran ifadələr BBC sənədli filmindəki birləşdirilmiş çıxışdan çıxarılıb.
Hadisə BBC Direktorlar Şurasına təqdim edilən 19 səhifəlik hesabatla ortaya çıxıb. Redaktənin ifşasından sonra BBC-nin baş direktoru Tim Deyvi və baş xəbər direktoru Deborah Turness istefa veriblər.
BBC Trampın çıxışını redaktə etdiyinə görə üzr istəyib, lakin Trampın kompensasiya tələbini qəbul etməyəcəyini bildirib.
aia.az
Tərcümə şöbəsi