AZ

Lafarge işi üzrə təqsirləndirilən şəxslər üçün 8 ilə qədər həbs cəzası



"Terror təşkilatını maliyyələşdirməkdə" ittiham olunan Fransa sement şirkəti Lafarge-nin məhkəməsində prokurorluq təqsirləndirilən şəxslər üçün 18 aydan 8 ilə qədər həbs cəzası istəyib.
2013-2014-cü illərdə Suriyadakı fəaliyyətləri ilə əlaqədar "terror təşkilatını maliyyələşdirməkdə" ittiham olunan hüquqi şəxs kimi Lafarge və digər səkkiz şəxsin məhkəməsi Paris Cinayət Məhkəməsində davam edir.

Şirkətin keçmiş baş direktoru Bruno Lafont üçün prokurorluq altı il həbs cəzası, 225.000 avro cərimə və həyat sığortasının müsadirə edilməsini tələb etdi.

Lafarge şirkətinin keçmiş əməliyyatlar üzrə direktor müavini Kristian Herrault və 2008-ci ildən 2014-cü ilə qədər Lafarge Cement Syria (LCS) şirkətinin baş direktoru olmuş Bruno Pesheux üçün prokurorluq beş il həbs cəzası və 225.000 avro cərimə tələb etdi.

Prokurorluq həmçinin Pesheux, Herrault və Lafontun biznes sektorunda işləməsinin qadağan etdi

Prokurorluq, 2014-2016-cı illərdə LCS-in keçmiş baş direktoru olmuş Frederik Jolibois üçün ümumilikdə 3 il həbs cəzası, 2 il şərti cəza və 80.000 avro cərimə tələb etdi.

Prokurorluq həmçinin Herrault, Pescheux və Jolibois şirkətlərinə məxsus müəyyən miqdarda aktivlərin müsadirə edilməsini tələb etdi.

Lafarge ilə bölgədəki silahlı və terrorçu təşkilatlar arasında vasitəçilik etməkdə ittiham olunan Suriya vətəndaşı Firas Tlass üçün prokurorluq 8 il həbs cəzası və 225.000 avro cərimə tələb etdi. Bölgədəki silahlı təşkilatlarla əlaqəli xammal təchizatçıları arasında vasitəçilik etməkdə ittiham olunan Suriya vətəndaşı Amro Talep üçün prokurorluq 3 il həbs cəzası və 60.000 avro cərimə tələb etdi. Prokurorluq bu iki şəxs üçün həbs orderləri tələb etdi.

Prokurorluq Lafarge şirkətinin norveçli keçmiş təhlükəsizlik işçisi Jacob Warness üçün 18 ay həbs cəzası və 20.000 avro cərimə, şirkətin iordaniyalı keçmiş təhlükəsizlik işçisi Ahmad Al Jaloudi üçün isə 2 il həbs cəzası və 4.000 avro cərimə tələb etdi.

Prokurorluq həmçinin şirkət və onun dörd keçmiş rəhbəri üçün terror təşkilatları ilə bütün maliyyə və kommersiya əlaqələrini qadağan edən Avropa Birliyi (AB) embarqosunu pozduqlarına görə 4.570.000 avro gömrük cəriməsi tələb olundu.

aia.az
Tərcümə şöbəsi



Seçilən
117
aia.az

1Mənbələr