Meksika parlamentində qadın deputatlar saçyolduya çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Şəffaflıq agentliyinin ləğvi müzakirəsi zamanı millət vəkilləri bir-birinə hücum çəkib.
Mexiko parlamentində qadın deputatlar arasında əlbəyaxa dava düşüb.
İclas zamanı yaranan gərginlik xaosla nəticələnib – xanım millət vəkilləri bir-birini itələyib, qışqırıb və saçlarını yolublar.
Münaqişə şəhər şəffaflıq agentliyinin buraxılması və yeni nəzarət orqanının yaradılması barədə təşəbbüsün müzakirəsi fonunda baş verib.
Xuraman Etibarlı
İnterpress.az