AZ

Mişar daşı ilə yüklü maşına çırpıldı, digər qəzada isə avtomobil aşdıVİDEO

Avtomobil daşıyan nəqliyyat vasitəsinin yük maşınına çırpılması ölümlə nəticələnib.

Xezerxeber.az xəbər verir ki, ağır qəza Bakı-Qazax magistralının Hacıqabulun Padar kəndindən keçən hissəsində baş verib.

Qazax sakini, 44 yaşlı Aydın Qocayevin idarə etdiyi, avtomobil daşıyan nəqliyyat vasitəsi yol kənarında dayanmış, mişar daşı ilə yüklü olan maşına çırpılıb. Sürücü Aydın Qocayev hadisə yerində keçinib.

Avtomobildə sıxılmış vəziyyətdə qalan meyiti xilasedicilər çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Balakəndə isə minik avtomobillərinin toqquşması ölümlə nəticələnib. Hadisə rayonun Talalar kəndi ərazisində qeydə alınıb. Minik avtomobillərinin toqquşması nəticəsində xəsarətlər alan 4 nəfər Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, sürücülərdən biri, 30 yaşlı Əyyub Anqbazov dünyasını dəyişib.

Tovuzda baş verən qəzada da sürücü ölüb. Hadisə rayonun Aşırallar kəndində qeydə alınıb. Mürvət Həsənov idarə etdiyi avtomobildə sükana nəzarəti itirib və nəqliyyat vasitəsi aşıb. Sürücü Mürvət Həsənov dünyasını dəyişib. Hər 3 faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
123
xezerxeber.az

1Mənbələr