PSJ-nin və Fransa millisinin üzvü Usman Dembele FİFA-nın versiyasına görə, 2025-ci ilin ən yaxşı futbolçusu sayılıb.
Msport.az xəbər verir ki, 28 yaşlı hücumçu ötən mövsüm Paris klubunun heyətində Çempionlar Liqasını, Liqa-1-i, Fransa kubokunu və superkubokunu qazanıb.
O, ötən mövsüm 53 oyunda 35 qol vurub və 15 məhsuldar ötürmə verib.