Hindistanda qalmaqallı hadisə baş verib – Bş nazir müsəlman qadının niqabını zorla çıxardıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bihar baş naziri Nitiş Kumarın Patnada keçirilən ictimai tədbirdə həkim Nüsrət Pərvinə yeni qəbul olunmuş AYUSH həkimləri üçün təyinat məktubunu təqdim edərkən onun hicabını çıxardığı video sosial mediada yayılıb.
Hadisə baş verən zaman operator səhnəni çəkməmək üçün kamera bucağını dəyişdirib və üz ifadələri açıq-aydın utancaq olan tamaşaçılara diqqət yetirib.
Hadisə qadına narahatlıq yaradıb və sosial mediada tənqid dalğasına və geniş ictimai müzakirələrə səbəb olub.
Bihar ştatının baş naziri Nitiş Kumarın kütləvi tədbirdəki hərəkəti sosial şəbəkələrdə qəzəb doğurub.
Hindistanın şərqindən yayılan görüntülər sosial şəbəkələrdə viral olub və ciddi narazılıqla qarşılanıb.
Videoda Bihar ştatının baş naziri Nitiş Kumarın kütləvi mərasim zamanı qadın həkimin niqabını qəfil dartaraq çıxartdığı əks olunub.
Nazirin bu hərəkəti istifadəçilər tərəfindən qeyri-etik və təhqiramiz davranış kimi qiymətləndirilib.
Xuraman Etibarlı
İnterpress.az