AZ

Əmək məcəlləsində YENİ DƏYİŞİKLİKVİDEO

Uşağın doğulması ilə əlaqədar kişilərə də 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək

Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Eyni zamanda Xüsusi xidmətlərinə görə 46 təqvim günündən az olmayaraq məzuniyyət verilən işçilərin siyahısı dəyişir.

Alimentlərlə əlaqədar işçinin əməkhaqqında tutulmalara dair yeni norma da müəyyənləşib.  Dəyişikliyə əsasən, islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı tutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz.

Bundan başqa  Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatıyla bağlı sənədlərə görə rüsumdan azad edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
127
xezerxeber.az

1Mənbələr