AZ

Türkiyəli qapıçı İtaliya yolunda

İtaliyanın nəhəng klubu "Milan" komandanın əsas qapıçısı Mayk Menyan ilə yeni müqavilə danışıqlarında yaranan çətinliklər səbəbindən alternativlər axtarışına başlayıb.

Fanat.Az xəbər verir ki, klub, Türkiyənin gənc və istedadlı qapıçısı Berke Özeri əsas alternativ namizədlər siyahısına daxil edib.

"La Gazzetta dello Sport"un məlumatına görə, "Milan" rəhbərliyi müqavilənin uzadılması danışıqlarının çıxılmaz vəziyyətə düşməsi halında Berke Özəri əldə etməyi nəzərdən keçirir.

Hazırda "Lill" formasını geyinən Berke Özər, bu mövsüm göstərdiyi performansla diqqətləri özünə çəkib. Onun xüsusilə penaltilərdəki uğurlu statistikası klub rəhbərliyini heyrətləndirib.

Berke bu mövsüm rəqiblərin 8 penaltisindən 7-sini dəf edib. Dəf etdiyi 7 penaltidən 3-ü təkrat zərbələr olub.

Kamil Xudiyev

Seçilən
82
1
fanat.az

2Mənbələr