Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“2025-ci ilin statistikasına görə, Azərbaycan əhalisinin yalnız 0,3 % artması önəmli sosial meylin göstəricisidir. Əhalinin artım tempinin son illərdə davamlı şəkildə azalması, əvvəlki illərlə müqayisədə diqqət çəkir”. Bunu sosioloq Sevinc Qasımova Demokrat.az-a açıqlamasında deyib.O bildirib ki, bu meyl uzunmüddətli perspektivdə əmək bazasına və iqtisadi fəallığa təsir göstərə bilər:“Azalan əhali artımı əmək qüvvəsinin yavaş-yavaş azalmasına, istehsal və xidmət sahələrində kadr çatışmazlığına səbəb ola bilər. Eyni zamanda, yaşlanma problemi daha da aktuallaşa bilər, çünki doğum səviyyəsi və yeni nəsil sayı sabit deyil. Bu, sosial və iqtisadi planlaşdırmada əlavə çağırışlar yaradır. Ölkədə əhali artımının aşağı olması, gələcəkdə pensiya sistemi, sosial təminat və səhiyyə sahələrində yükü artıracaq. Əhalinin keyfiyyət göstəricilərinin yüksəldilməsi, təhsil və sağlamlıq səviyyəsinin yaxşılaşdırılması da əhəmiyyətlidir. Dövlət və cəmiyyət birgə şəkildə demoqrafik problemlərə həll yolları tapmalıdır. Əhali artımı yalnız statistik göstərici deyil, həm də iqtisadi və sosial sabitliyin əsas amilidir”. Leyla Turan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.