AZ

Niderland millisinin üzvü "Fənərbaxça"ya keçə bilər

PSV-nin yarımmüdafiəçisi Coy Veerman karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, "Fənərbaxça" niderlandlı futbolçunu transfer etmək istəyir.

İstanbul nəhəngi Veermanı yanvar ayında heyətinə qatmağı planlaşdırır. Keçidin gerçəkləşmə ehtinalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, PSV Coy Veermanı 2022-ci ilin yanvar ayında "Herenven"dən transfer edib. Niderland millisinin üzvü bu mövsüm Eyndhoven təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
35
3
day.az

4Mənbələr