AZ

"UFC-nin yerində olsam..." -İlia Topuriya

UFC ulduzu İliya Topuriya gələcək karyera planları barədə iddialı açıqlamalar verib.

Fanat.Az xəbər verir ki, o, yalnız MMA ilə kifayətlənməyəcəyini və peşəkar boks arenasına keçid ehtimalını ciddi şəkildə dəyərləndirdiyini bildirib.

Topuriya həyatda tətbiq etdiyi bir prinsipə əsaslandığını qeyd edib:

"Heç kimə sirr deyil ki, mən həmişə boks bacarıqlarımı yoxlamaq istəmişəm. Həyatda tətbiq etdiyim bir prinsip var: iki dovşanın dalınca qaçan, axırda heç birini tutmur. Ona görə də əvvəlcə MMA-da, qarışıq döyüş sənətlərində öz hekayəmi tamamlamalıyam. Bundan sonra isə tam şəkildə boks keçməliyəm. Çünki MMA döyüşünə hazırlaşıb sonra gedib boks döyüşünə hazırlaşmaq, sonra yenə qayıtmaq mümkün deyil. Düşünürəm ki, bu, peşəkar yanaşma olmazdı, elə deyilmi? Boks tamamilə fərqli yanaşma tələb edir — çox, çox, çox fərqli məşqlər. Mən buna uyğunlaşmalıyam."

Topuriya, Ağ Evdə döyüşmək məsələsinə isə tərəddüdlə yanaşıb.

"UFC-nin yerində olsam, orada döyüşmək üçün mənə güvənərdim kiməsə təzyiq etməyi sevmərəm. Şirkət üçün ən yaxşısı nədirsə, onu etsinlər. Amma mənə güvənsələr, bu fürsəti qaçırmaram."

Kamil Xudiyev

Seçilən
78
fanat.az

1Mənbələr