BAKI, 16 dekabr. TELEQRAF
Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunun hücumçusu Kərim Benzema sevgilisi, 33 yaşlı aktrisa və model Lina Kudri ilə romantik görüş keçirmək üçün Luvr Muzeyini icarəyə götürüb.
Teleqraf xəbər verir ki, 37 yaşlı futbolçu bunun üçün 12 min avro ödəyib.
Benzema və Kudri boş muzeydə vaxt keçirdilər.
Benzema 2023-cü ildən "Əl İttihad"da oynayır. O, bu mövsüm 12 oyunda iştirak edib və 11 qol vurub. Fransa millisinin keçmiş üzvün "Əl İttihad"la müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.