AZ

“Zəngəzur dəhlizi təkcə regional layihə deyil” - Mübariz Göyüşlü

“Təbii ki, bu layihəyə “Tramp yolu” adı verilib, amma əslində biz bilirik ki, bu, Zəngəzur dəhlizidir. Bu, çox strateji əhəmiyyətə malik bir layihədir və yalnız adındakı fərqlə deyil, həm də region üçün oynadığı rolu ilə diqqət çəkir. Layihədə önəmli rol oynamaq üçün təkcə Rusiya cəhd etmir. Bütün aparıcı ölkələr, qonşu dövlətlər, həmçinin regiondan uzaq marağı olan ölkələr də bu layihədə iştirak etmək istəyir və bunu açıq şəkildə bildirirlər. Xüsusilə Rusiya məsələdə əsas rol almağa çalışır, bunu yalnız düşünmür, açıq şəkildə dilə gətirir və məqsədinə çatmaq üçün müxtəlif cəhdlər göstərir. Digər dövlətlərlə müqayisədə Rusiyanın iddiaları daha qabarıq görünür”.

Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin rəhbəri Mixail Kaluqin bildirib ki, Moskva “Tramp yolu” təşəbbüsünün məzmunu və bu layihədə Rusiyanın potensial rolu ilə bağlı Ermənistanla danışıqlara açıqdır. Onun sözlərinə görə, bölgədə Rusiya dəmir yolu standartları tətbiq olunur və layihənin əsas marşrutu Rusiya sərhədçilərinin nəzarət etdiyi ərazilərdən keçəcək. Kaluqin vurğulayıb ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olduğu şəraitdə, Rusiyanın iştirakı olmadan tərəfdaşların təşəbbüsü irəli aparması çətin görünür.

Siyasi şərhçi qeyd edib ki, hazırda Ermənistan-İran sərhədində rus sərhədçiləri yerləşdirilməsi Rusiyanın regiondakı mövqeyini göstərir.

Seçilən
106
aznews.az

1Mənbələr