Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
“Mən 7 ildən çox bir müddətdə nazir köməkçisi olmuşam. Üç nazirlə işləmişəm. Ömər Dinçer, Nabi Avcı və İsmet Yılmazla çalışmışam. Bu da mənim üçün çox önəmli bir təcrübə idi. Nazirliklərdən öncə də iki dönəm millət vəkili olmuşam. 22-23–cü dönəm Konya millət vəkili idim. Millət vəkilliyindən nazir müavinliyinə keçəndə çox önəmli bir sahənin təcrübəsinə də sahib oldum”.
Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin ən önəmli nazirliklərindən biri Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisi (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, AK Parti Konya millət vəkili Orhan Erdem danışıb. Konya millət vəkili qeyd edib ki, bəzən vəkalət çərçivəsində nazir adına fəaliyyətlər həyata keçirib.
Orhan Erdem / Foto: Orxan, Bizimyol.info
Müqayisə edildiyi zaman millət vəkilliyinin, xalqın vəkillliyinin hər zaman üstün olduğunu qeyd edən Orhan Erdem bildirib ki, əgər millət vəkili olmasaydı, öncə millət vəkili olmaq istərdi: “Nəsib oldu, hər ikisi vəzifədə işlərlə məşğul oldum. Nazir müavini işi bitdikdən sonra iki dönəmdir ki, millət vəkiliyəm. AK Parti 2002-ci il quruluşundan sonra Konyanın önəmli bir bölgəsində təşkilat başqanı idim. 2002-ci ildə millət vəkili olmuşam. Fasiləsiz xidmət etmək imkanım oldu. Millət vəkilliyi xalqın adına xidmət etmək hər cür xidmətdən üstündür”.
Orxan Musa - İradə Cəlil, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.