AZ

Mask yenidən Respublikaçılar üçün SƏFƏRBƏR OLDU

Amerikalı sahibkar İlon Mask, Nümayəndələr Palatasının və Senatın ara seçkilərindən əvvəl Respublikaçılar Partiyasının kampaniyalarını maliyyələşdirməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.

"Mask bu yaxınlarda Respublikaçıların Konqres seçkilərində qalib gəlməsinə kömək etmək üçün külli miqdarda ianə edib və 2026-cı il seçki dövrü ərzində əlavə dəstək verməyə hazır olduğunu bildirib", - məqalədə deyilir.

Jurnalistlərin məlumatına görə, Maskın respublikaçılara etdiyi ianələr yanvar ayında ictimaiyyətə açıqlanacaq.

Dekabrın 3-də ABŞ Prezidenti Donald Tramp hazırda Maskla çox yaxşı yola getdiyini bildirib. Ağ Ev rəhbəri sahibkarın seçkilər zamanı ona kömək etdiyini qeyd edib.

Seçilən
97
publika.az

1Mənbələr